82 illik həyatında heç qadın görməyib - FOTOLAR

 Kitablardan öyrənməyə çalışırdı

Yunanıstanın Athos dağında yaşayan Mihailo Tolotos həyatı boyu heç vaxt qadın görməyib. 82 yaşına qədər yaşayan yunan keşiş qadınlar haqqında kitablardakı təsvirlərdən öyrənib.
Sherg.az xəbər verir ki, Mihailo Tolotos 1856-cı ildə anadan olub və həyatı boyu bir dəfə də olsun qadınla rastlaşmayıb. Anası doğuşdan qısa müddət sonra vəfat etdiyi üçün Tolotos onu da görüşməyib.

Yetim qalan Toltos Yunanıstanın Athos dağındakı Athos monastırında pravoslav rahiblər tərəfindən körpə ikən övladlığa götürülüb və orada yaşayan rahiblər tərəfindən böyüdülüb.


Böyüdükcə Tolotos bölgədə tətbiq edilən sərt qaydalarla yaşayıb, onlardan biri də qadınlarla üz-üzə gəlməsinə belə icazə verilməməsi idi.

Qayda əsrlər boyu mövcud olduğu üçün Tolotos monastırda günlərini keçirib, heç vaxt bir qadınla qarşılaşma şansı olmayıb.

Tolotos, əks cinsdən olan biri ilə asanlıqla qarşılaşa biləcəyi daha geniş dünyaya çıxa bilərdi, lakin 80 yaşı olmasına baxmayaraq, Athos dağını heç vaxt tərk etmədi.

Tolotosun qadınlar haqqında yeganə məlumatı həmyaşıdlarının izahatlarından və kitablardakı təsvirlərindən alırdı. 


Ancaq real həyatda heç vaxt qadın görmədiyi üçün dünyanın təxminən yarısının necə göründüyünü, səsləndiyini və necə davrandığını özü üçün ancaq xəyal etmək məcburiyyətində qalırdı.

Tolotos 1938-ci ilə qədər həyatına davam edib və 82 yaşında ölüb.

Ölümündən sonra Athos dağının hər yerində yaşayan rahiblər tərəfindən xüsusi bir dəfn mərasimi təşkil edilib və onlar Tolotosun dünyada qadının necə göründüyünü bilmədən ölən yeganə kişi olduğuna inanırdılar.

 
Tolotosun ölümü bir qəzet məqaləsində özünə yer edib.  Məlum olub ki, Tolotosun həyatı boyunca məhrum olduğu tək şey qadın olmayıb, o, heç vaxt maşın, film və ya təyyarə də görməyib.