Adıyamanda tapıldı -  15 milyon illik balıq fosili

Adıyamanın Besni rayonunda 15 milyon illik balıq fosili tapılıb. Fosil Adıyaman Muzeyində sərgilənəcək. 
Sherg.az xəbər verir ki, Besni rayonu Ölüklü kəndində vətəndaş tərəfindən tapılan balıq qalığı Adıyaman Muzeyinə təhvil verilib.
Təxminən 8 santimetr uzunluğunda olan balıq fosilinin üzgəcləri, skeleti və kapilyarları aydın şəkildə görünür. Orta əsrlər dövrünə aid olan və 16 milyon ilə 11,6 milyon il əvvələ aid olan balıq fosilinin 15 milyon il yaşı olduğu təxmin edilir. 


Adıyaman Muzeyinin direktoru Mehmet Alkan mövzu ilə bağlı verdiyi açıqlamada, “Adıyamanın Besni rayonunda bir vətəndaşın tapdığı balıq qalığı Adıyaman Muzeyinə gətirildi. Qayadakı balıq fosili təxminən 8 santimetr uzunluğundadır və onun kapilyarları və üzgəcləri aydın görünür. Bu fosil təxminən 16 milyon ilə 11,6 milyon il əvvələ aiddir" deyib.