Türkiyə XİN-nin Rusiya-Ukrayna münasibətlərinə dair BƏYANATI

Ukraynadakı müharibənin ikinci ilini arxada qoyarkən, münaqişənin Ukraynaya dağıdıcı təsiri getdikcə artır və onun regional və qlobal səviyyədə mənfi nəticələri dərinləşir.

Trend xəbər verir ki, bu barədə Türkiyə XİN-nin yaydığı bəyanatda qeyd edilir.

"İnanırıq ki, sonda diplomatik prosesi canlandırmağa imkan verəcək şərtlər yaranacaq. Bu anlayışla tərəflərə lazımi təklifləri verməyə davam edirik.

Biz Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü əsasında ədalətli və davamlı həllə nail olmaq üçün səylərimizi davam etdirəcəyik", - deyə əlavə edilib.