Lekornunun LGBT tələbi - Papikyan çaşdı

Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastyan Lekornu ilə görüşdə çətin vəziyyətə düşüb.

Axar.az xəbər verir ki, bu barədə “Kavkazskaya Büro” Teleqram kanalında məlumat yayılıb.

Məlumata görə, Fransanın müdafiə naziri Sebastyan Lekornu İrəvana səfəri zamanı açıq şəkildə erməni həmkarı Suren Papikyandan hərbi idarədə və bütövlükdə Ermənistan hökumətində neçə LGBT+ nümayəndəsinin işlədiyini soruşub.

Papikyan çaşqın halda bildirib ki, Ermənistanda bu məsələ üzərində işləyirlər.