Məşhur aktyorun evindən 72 silah və 3 min güllə tapılıb

Fransız kinosunun əfsanəsi adlarından olan Alen Delonun evindən çıxanlar heyrət doğurub. 
"Sherg.az" Türkiyə mediasına istinadən xəbər verir ki, dünən bir məmur məşhur aktyorun evində silah olduğunu görüb hesabat verdikdən sonra polis Parisdən təxminən 135 kilometr cənubda yerləşən Duşi-Monkorbonda Delonun evində axtarış aparıb. Məşhur aktyorun evindən 72 silah və 3 min güllə ələ keçirilib. Prokurorlar, evində atış poliqonu olan 88 yaşlı Delonun silah vəsiqəsi olmadığını açıqlayıb.
Fransa mediası iddia edir ki , 2019-cu ildə insult keçirdikdən sonra səhhəti pisləşən Alain Delonun naməlum ciddi xəstəliyi var.
Qeyd edək ki,  Delon sonuncu dəfə 2019-cu ildə Kann Film Festivalında fəxri Qızıl Palma budağı alıb .

Fidan Həməşeyeva