Moldova parlamentində qorxulu anlar: deputatlar təxliyə olundu

Moldovada yanğın xəbəri ilə əlaqədar olaraq parlament evakuasiya olunub.
Bakupost.az xəbər verir ki, bu barədə UNIMEDIA bildirib.
Fövqəladə Hallar üzrə Baş Müfəttişliyin mətbuat katibi Liliana Puşkaşın sözlərinə görə, həyəcan siqnalı işə düşdüyü üçün insanlar təxliyə edilməli olub. Bununla belə, o, vəziyyət araşdırılandan sonra heç bir riskin müəyyən edilmədiyini bildirib.
Qeyd olunur ki, bu gün respublikanın qanunvericilik orqanında plenar iclaslar nəzərdə tutulmayıb. Ötən il parlamentdə və onunla üzbəüz yerləşən prezident administrasiyasının binasında da həyəcan siqnalı verilmişdi.