Misir Prezidenti Qəzzada tezliklə atəşkəs olacağını elan edib

Qəzza zolağında münaqişə tərəfləri tezliklə atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gələcəklər.
“Report” EFE-yə istinadən xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi bildirib.
“Yaxın bir neçə gün ərzində atəşkəsin tətbiqi ilə bağlı razılıq əldə edəcəyik”, - o deyib.
EFE qeyd edir ki, İsrail və HƏMAS nümayəndələri arasında danışıqlar Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Dohada aparılır.