Norveçdə helikopter qəzaya uğrayıb

Norveçdə helikopter qəzaya uğrayıb.

APA "Reuters"-ə istinadən xəbər verir ki, Norveç polisinin verdiyi məlumata görə, helikopterin Norveçin qərbində okeana düşməsi nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.

Rəsmilər bildiriblər ki, qəza baş verən zaman Norveçin "Bristow" şirkətinə məxsus Sikorsky S-92 təyyarəsi axtarış-xilasetmə təlimi missiyasında olub.

Polisin verdiyi açıqlamada, gəmidə olan 6 nəfərin xilasedicilər tərəfindən dənizdən çıxarıldığı, ancaq daha sonra bir nəfərin xəstəxanada öldüyü elan edildiyi bildirilib.