Nobel mükafatına iddialıların sayı açıqlandı

Payızda Norveçdə təqdim olunancaq 2024-cü il Nobel Sülh Mükafatı uğrunda 285 namizəd mübarizə aparacaq.
Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, Norveç Nobel İnstitutundan verilən açıqlamaya görə, mükafata 196 nəfər və 89 təşkilat namizəddir.
Bir il əvvəl institut 351 nominasiyanı qeydə alıb. Onların sayına görə rekord 2016-cı ildə qeydə alınıb - 376 nominasiya.
Namizədlərin tam siyahısı ənənəvi olaraq ciddi şəkildə gizli saxlanılır və yalnız mükafatlar verildikdən 50 il sonra ictimaiyyətə açıqlana bilər.