Ət, süd, yumurta, bal: Bu kənddə pulsuzdur

Çanaqqalanın Gelibolu bölgəsində dünyaya gələn Nida Əlif Selci ilk və orta təhsilini şəhərdə alıb. Atasının işləri rast gətirməyib və onlar nənələrinin yaşadığı Südlücə kəndinə köçərək heyvandarlıqla məşğul olmağa başlayıblar.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Nidanın ailəsi əvvəlcə xırda buynuzlu heyvanların yetişdirilməsiylə məşğul olub. Heyvanlar üçün yemi babadanqalma ərazidə əkib becəriblər. Nida da məktəbdən qayıtdıqdan sonra vaxtını heyvanlara qulluq etməklə, onları örüşdən gətirməklə keçirib. “Əvvəllər məktəbə gedərkən ayaqqabılarım palçığa batırdı. Elə bilirdim, tək mənim ayaqqabılarım palçıqlıdır. Bu mənə çox pis təsir edirdi, utanırdım. Sonra fikir verdim ki, yox, o biri uşaqlar da mənim günümdədir.  Getdikcə, buna alışdım. Artıq kimsənin söz atmasına fikir vermirdim”, söyləyən Nida kəndlərini çox sevdiyini, tarlada çalışmaqdan heç yorulmadığını deyib. Dərslərinə də çalışıb, imtahan verib və Gelibolu Ecebəy texniki peşə liseyinə daxil olub. Və liseyi tibb bacısı yardımçısı ixtisası üzrə bitirib. Sonra da Açıq təhsil Əskişəhər Anadolu Universitetində laborant və baytarlıq ixtisası üzrə təhsil alıb. Evdə də ailəsinə təsərrüfat işlərində kömək edib. Qonşuların kənar məhəllələrdən süd aldığını görən Nida atasından inək almasını xahiş edib. Beləliklə, həm də südçülüyə başlayıblar. 1 inək 2 olub, qoyunların sayı getdikcə 100-ə çatıb. “Yoxsulluq içində keçirdiyimiz günləri xatırlayanda “indi öz-özümə “çox varlıyıq”, deyirəm. Özümü həqiqətən də çox varlı, zəngin hiss edirəm. Çünki istədiyim yerdəyəm və ürəyim istəyən işlə məşğulam”, söyləyən Nida deyib ki, belə bir həyatın zor olacağını bilirdi, amma ailəyə yardım etmək, kasıblıqdan çıxmaq arzusu onu işləməyə həvəsləndirib.