Ərdoğan beynəlxalq münasibətlər sisteminin yararsız olduğunu deyib

“Dünyadakı böhranların çoxu regionumuzda baş verir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Antalya Diplomatiya Forumu 2024”ün açılış mərasimində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Liviya, Suriya, Yəmən və Ukraynada baş verənlər beynəlxalq münasibətlər sisteminin yararsız olduğunu sübut edir.

Türkiyə Prezidentinin sözlərinə görə, ölkəsi uzun illərdir ki, təzyiqlərə məruz qalır. Lakin buna baxmayaraq, Ankara haqqı müdafiə etməyə davam edəcək.