Rusiyada dəmiryolu körpüsündə partlayış baş verib

Rusiyada dəmiryolu körpüsündə partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Rusiya “Telegram” kanalları məlumat yayıb.
Hadisə ölkənin Samara vilayətində qeydə alınıb. Naməlum şəxslər bu gün səhər saatlarında dəmiryolu relsinin Zvezda-Çapayevsk hissəsində körpünün dayaqlarını partlatmağa cəhd ediblər. Nəticədə körpünün metal konstruksiyaları zədələnsə də dayaqlar zədələnməyib.

Moskvadan hərəkət edən üç sərnişin qatarı və bir elektrik qatarı hazırda dayandırılıb.

Partlayış baş verən ərazidə xüsusi xidmət orqanları və istehkamçılar çalışır. Ölən və yaralananlar barədə məlumat yoxdur.