Ərdoğan iclas keçirir: Nələr müzakirə edilir?

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir.
Axar.az xəbər verir ki, toplantı prezident iqamətgahında baş tutur.
Toplantının əsas müzakirə mövzuları Qəzzadakı vəziyyət, F-16 qırıcılarının tədarükü, həmçinin terrorla mübarizədir.
Bundan başqa, digər daxili məsələlər, o cümlədən Ramazan bayramı ərəfəsində qiymət artımına nəzarət də gündəlikdədir.