Aİ Ukrayna qazından imtina edəcək

Avropa İttifaqı 2025-ci ildən Ukrayna qazının tranzitindən imtina edəcək.
"Report" xəbər verir ki, bu barədə Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib.
Hazırda qurum qaz ehtiyatlarının saxlanması üçün Ukrayna anbarlarından istifadə imkanlarını öyrənir.
Bununla yanaşı, komissar etiraf edib ki, Aİ ölkələri Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) alışına qadağa qoyulmasını dəstəkləmir.