Türkiyədə MOSSAD-ın 7 casusu saxlanıldı

Türkiyədə İsrailin casusu olduğunu iddia edilən 7 nəfər saxlanılıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, əldə etdikləri məlumatları İsrail kəşfiyyat xidməti MOSSAD-a satdıqları müəyyən edilən şübhəlilər Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) və İstanbul polisinin birgə əməliyyatı nəticəsində saxlanılıb.