Nuland buna görə istefa verdi

ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın istefasının səbəbi onun siyasi baxışlarının Ağ Evdən fərqlənməsidir.

Axar.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skot Ritter deyib.

“Gəlin, buna aydınlıq gətirək. Bu, onun könüllü qərarı deyildi. O, artıq Bayden və Blinken tərəfindən həyata keçirilən siyasətdə onlarla eyni dalğada deyil. Nuland Amerika administrasiyası ilə bir növ “ya güzəştə getməli, ya da istefa verməli” vəziyyətinə düşdü, prinsipial bir insan olduğu üçün ikincini seçdi”, - o bildirib.