İsveçin Baş naziri ABŞ-a səfər edəcək

İsveçin Baş naziri Ulf Kristersson və xarici işlər naziri Tobias Billström bu gün axşam Vaşinqtona səfərə yola düşəcək.

APA "Svenska Dagbladet"ə istinadən xəbər verir ki, bu barədə hökumət ofisi açıqlamasında bildirib.

"Səfər zamanı, digər məsələlərlə yanaşı, Amerika administrasiyası ilə ikitərəfli görüşlər və Konqres üzvləri ilə görüşlər olacaq", - məlumatda qeyd olunub.

ABŞ-a səfər İsveçin tezliklə NATO-nun tamhüquqlu üzvü olması ilə bağlıdır.