Putin Soçidə Rafael Qrossi ilə görüşüb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

APA xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru "X" hesabında bildirib.

"Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə nüvə təhlükəsizliyi, Zaporojiye AES-in təhlükəsizliyi və nüvə silahının yayılmaması üzrə qlobal çağırışlar haqqında mühüm fikir mübadiləsi apardıq" - o paylaşımında bildirib.