DEBATA GƏL! - Tramp Baydenə meydan oxudu 

ABŞ-nin keçmiş prezidenti Donald Tramp prezident Co Baydeni 2024-cü ildə keçiriləcək prezident seçkilərində debata çağırıb.
Tramp, sahibi olduğu Truth Social sosial media platformasında prezident Baydenə meydan oxuyub. 
Baydenlə hər zaman və hər yerdə debata hazır olduğunu billdirən Tramp, "Bu, ölkəmizin və Amerika xalqının yaxşılığı üçün vacibdir" deyib.

Sherg.az xəbər verir ki, Tramp Respublikaçıların ilkin seçkisinə qədər namizədlər arasında heç bir debatda iştirak etməmişdi.

Trampın çağırışı yerinə yetirilərsə, liderlər noyabr seçkilərindən əvvəl ilk dəfə görüşəcəklər.

Bu meydan oxuma Trampın sonuncu Respublikaçı rəqibi Nikki Heylinin namizədlik yarışından çəkilməsindən bir neçə saat sonra baş verib.

Tramp əlavə edib ki, debata Demokratlar Partiyasının Milli Komitəsi nəzarət edə bilər.

ABŞ-nin keçmiş prezidenti Tramp dəfələrlə 81 yaşlı Baydenin onunla mübahisə etmək üçün çox qoca və unutqan olduğunu iddia edib. Bayden isə Trampın özünün "qoca" olduğunu bildirib.

2020-ci il seçkilərindən əvvəl Tramp və Bayden iki dəfə üz-üzə gəliblər.