Rusiya gecə saatlarında Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində iki binaya raket zərbəsi endirib.
“Sherg.az” xəbər verir ki, Dnepropetrovsk qubernatoru Sergiy Lısak verdiyi açıqlamasında hücumda 4 nəfərin öldüyünü, 12-si uşaq olmaqla 43 nəfərin yaralandığını bildirib.
Xəstəxanada 20 yaralının müalicəsinin davam etdiyini bildirən Lısak, 2-si uşaq olmaqla 4 yaralının vəziyyətinin ağır olduğunu qeyd edib. Lysak hücum nəticəsində çoxlu bina və nəqliyyat vasitələrinin, 2 uşaq bağçasının, 1 məktəbin, 2 iş yerinin, 1 ictimai binanın və bir anbarın zərər gördüyünü deyib. Binalarda baş verən yanğını söndürmək üçün əraziyə yanğınsöndürmə briqadası göndərilib. Ukrayna prezidenti Vladimir Zelenski açıqlamasında həyatını itirənlərin yaxınlarına başsağlığı verərək"cavab olaraq Rusiya dövlətinə itkilər verdirəcəyik. Kremldəkilər terrorun onlar üçün cəzasız qalmayacağını öyrənməlidirlər" deyib.
Donetskdə iki nəfər ölüb
Ukraynanın Donetsk vilayətinin qubernatoru Vadim Filaşkin Rusiyanın Myrnohrad şəhərində törədilən bombalı hücumda 2 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını açıqlayıb. Hərbi rəsmilərin açıqlamasına görə, Rusiya Ukraynanın şimalındakı Sumı şəhərində yaşayış binasına pilotsuz təyyarə ilə hücum edib. Açıqlamada, hücum nəticəsində 5 mərtəbəli binanın 30 mənzilinin zərər gördüyü, 10 nəfərin dağıntılar altından çıxarıldığı bildirilib.