Fransada hava limanında bomba təhlükəsi

İsveçrə, Fransa və Almaniyanın birgə istifadə etdiyi "Basel-Mulhouse EuroAirport" bomba təhlükəsi səbəbilə boşaldılıb.

Sherg.az xəbər verir ki, NTV Fransa nümayəndəsi Kayhan Karacanın verdiyi məlumata görə, dünən günorta saatlarında  hava limanına bomba təhdidi gəlib və bunun əsassız olduğu üzə çıxıb.

Hava limanı 3 saat bağlanıb.