6 qadını qətlə yetirən qatilin cinayət işi 136 il sonra yayımlandı

1888-ci ildə İngiltərədə 6 qadını qətlə yetirən "Qarındeşən Cek" kimi tanınan qatilin  cinayət işi 136 il sonra dövrün detektivlərindən Cozef Henri Helsonun nəvəsi tərəfindən ictimaiyyətə açıqlanıb. 
Sherg.az xarici mediaya istinadən xəbər verir ki,  dosyedə "Qarındeşən Cek"  olduğundan şübhəlinən adamların  fotoları, açıqcaların surətləri, Cekin detektivlərə tərif məktubunun surəti və bir qurbanın cəsədinin fotoşəkilləri var.


 

Helson ailəsində nəsildən-nəslə ötürülən cinayət işi martın 22-də Böyük Britaniyada yerləşən "Whitton & Laing" hərrac evində detektiv Helsonun nəvəsi tərəfindən hərraca çıxarılacaq.
"Qarındeşən Cek" 1888-ci ildə Londonun  Whitechapel rayonunda və ətraf yoxsul ərazilərdə qətllər törədən naməlum seriyalı qatil kimi tanınır. 

 "Qarındeşən Cek"  adı o dönəm qatil olduğunu iddia edən bir şəxs tərəfindən göndərilən və media tərəfindən dərc edilən məktubdan ortaya çıxıb.
Qatil Londonun şərq  bölgəsində yaşayan 6 qadının qarınlarını parçalayaraq öldürüb. Bu hadisə zamanla bir çox film və serialların mövzusu olub.