Rusiyanın Moldovadakı səfiri XİN-ə çağırılıb

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend xəbər verir ki, bu barədə Moldova XİN bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, səfir Rusiyadakı seçkilər üçün Dnestryanı bölgədə məntəqələrin açılması səbəbindən XİN-ə çağırılıb və ona etiraz notası təqdim olunub.