Qarnından daşlaşmış körpə çıxdı - İNANILMAZ HADİSƏ


"Qarın ağrısı" səbəbiylə xəstəxanaya müraciət edən qadının bədənində daşlaşmış körpə tapılıb. Hadisədən sonra baş verənlər dünya mediasında rezonans doğurub.
Sherg.az xəbər verir ki, ötən aylarda Çində baş verən xəstəlik səbəbindən xəstəxanaya müraciət edən 91 yaşlı qadının hamilə olduğu məlum olub. 56 il əvvəl hamilə qaldığını deyən qadın körpəsinin hələ 3 aylıq olarkən öldüyünü bildirib. Maddi imkansızlıq ucbatından dölünü əməliyyat etdirə bilməyən qadın 56 il ölmüş uşağını bətnində gəzdirib.

Oxşar hadisə   Braziliya mətbuatında əks olunan xəbərlərdə də yer alıb. 81 yaşlı 7 uşaq anası Daniela Almeyda Vera xəstəliyi səbəbindən xəstəxanaya aparılıb. Dayana bilməyən qadın dərhal müalicəyə aparılıb.

Müayinələr nəticəsində Veranın bədənində Çindəki hadisədə olduğu kimi 56 yaşlı körpə aşkarlanıb. 3D skanlarda aydın şəkildə görünən daşlaşmış körpə normal şəraitdə 1968-ci ildə dünyaya gələcəkdi. Tibb aləmində litopedion da adlandırılan dölün çıxarılması üçün əməliyyata alınan Vera əməliyyatdan sağ çıxa bilməyib və dünyasını dəyişib. 


Məsələ ilə bağlı açıqlama verən Veranın qızı “həkimə getməyi sevmirdi, xəstəxanalardan qorxurdu” deyərək ailənin çox üzgün olduğunu dilə gətirib.

Digər tərəfdən, dünya tarixinə Vera və Çinli qadın kimi oxşar şəkildə ölü və daşlaşmış körpələrini daşıyan  cəmi 300 nəfər qeydı alınıb.