Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qarşıdan gələn parlament seçkisində inamlı qələbə üçün mümkün qədər qüvvələrini səfərbər edəcək.
Bu barədə partiya sədri İrakli Qaribaşvili deyib.
“Əsas vəzifəmiz qüvvələrimizi səfərbər etmək olacaq. Oktyabrın 26-da ölkə qələbə çalmalı, güclü, tarixi qələbəni qeyd etməlidir. Biz konstitusiya çoxluğu əldə etməliyik”, - o bildirib.
İrakli Qaribaşvilinin fikirlərini “Sherg.az”a dəyərləndirən politoloq Turab Rzayev vurğulayıb ki, Hökumət tərəfindən bu cür açıqlamanın verilməsi başa düşüləndir:
“Qarşıdan parlament seçkiləri gəlir və hökumət ciddi mübarizə aparır. Çünki onlar konsturiksional çoxluğu parlamentdə ələ keçirməyə çalışırlar. Baxmayaraq ki, Gürcü Arzusu Partiyası parlamentdə müxalifətdən daha çox yerə sahibdir, ancaq konstriksional çoxluğun olmaması bir çox hallarda onlara mane olur. Məsələn, Prezdentin impiçment məsələsində və Qərbdən gələn qrantlara qarşı qəbul edilən qərarlarda bu özünü daha çox göstərir. Ona görə də Gürcü Arsuzu Partiyasi parlamenti tamamilə özünə tabe etmək istəyir. Onlar çalışırlar ki, hökumət istədiyi qərarı heç bir problem olmadan qəbul edə bilsin. Eyni zamanda belə açıqlamalar seçkidən öncə tərafdarları aktivləşdirilməyə hesablanır. Bununla da seçiciləri ruhlandırırlar”.
Qeyd edək ki, Gürcüstanda parlament seçkisi oktyabrın 26-na təyin edilib.