
Ukraynanın xof yaratma planı: Rusiya geri addım atacaq?
12:43 02.04.2024
Dünya
556
Tatarıstanın Elabuqa rayonunda zavoda PUA hücumu olunub.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, hücum edilən zavodda “Şahid” PUA-ları yığılırmış.
Bildirilib ki, zavoda zərbə Ukraynanın “Ukrjet” kompleksinin istehsalı olan “UJ-22 Airborne” PUA-sı ilə endirilib.
Bundan başqa, Tatarıstanın Nijnekamsk rayonundakı TANEKO zavodu da PUA-larla vurulub.
Tatarıstan rəhbəri Rüstəm Minnixanovun mətbuat xidmətindən verilən məlumata görə, hücum zamanı 6 nəfər yaralanıb.
Məsələ ilə bağlı “Sherg.az”a danışan “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov söyləyib ki, bu cür hücumların baş vermə səbəbi qarşı tərəfinin əhalisində xof yaratmaqdan ibarətdir:

“Düzdür, Rusiyanın əlində imkanlar daha genişdir. Rəsmi Moskva Ukraynanın şəhərlərini uzaqmənzilli raketlərlə də vura bilir. Ukraynada isə bu məsələ fərqlidir. Yəni, Ukraynanın imkanları Rusiya qədər geniş deyil. Amma rəsmi Kiyev əlində olan PUA-dan istifadə etməklə Rusiyanın strateji və hərbi obyektlərinə zərbələr endirə bilir. İndiki məqamda Rusiyaya qarşı belə addımın atılma səbəblərindən biri məhz cəmiyyət daxilində qorxu yaratmaqdır. Ya Rusiya bundan qorxub geri addım ata bilər, ya da daha aqressiv şəkildə Ukrayna ərazilərini bombalaya bilər. Rusiyanın isə hələki geri çəkilmək niyyəti yoxdur”.
Qeyd edək ki, Tatarıstanın Elabuqa rayonuna PUA hücumu nəticəsində yaralananların sayı 12-yə çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol