NATO-nun baş katibi Yens Stoltenberq iyulda ABŞ-də keçiriləcək NATO sammitində Ukraynaya beş il ərzində silah tədarükü üçün 100 milyard dollarlıq fond yaratmağı təklif edəcək.
Bu məlumat hələlik NATO-nun qərargahından rəsmən təsdiq edilməyib.
Bildirilir ki, fond bütün NATO ölkələri tərəfindən dəstəklənməlidir.
Həmçinin, iyula qədər bu təklifdə dəyişikliklərin edilməsi ehtimalı yüksəkdir.
Mənbə: Bloomberg