KİV: İsrailin Qəzzaya humanitar yardım aparan 7 nəfəri öldürməsi Ağ Evi qəzəbləndirib
Yusif Nəzərli
07:00 03.04.2024
Dünya
341
İsrailin World Central Kitchen təşkilatının Qəzzaya humanitar yardım aparan 7 işçisini öldürməsi Ağ Evin qəzəbinə səbəb olub.
APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, məsələ Baydeni nadir hallarda yol verdiyi “qəzəblənmək” sözündən istifadə etməyə məcbur edib. O, bəyanatında yardım işçilərinin öldürülməsinə görə qəzəbləndiyini, eyni zamanda kədərləndiyini ifadə edib.
ABŞ Prezidenti həmçinin İsrailinin mülki şəxsləri qorumaq üçün kifayət qədər çalışmadığını, bu insidentin isə ilk dəfə baş vermədiyini qeyd edib.
“Onlar müharibənin ortasında ac mülki şəxslərə qida aparırdılar. Onlar cəsur və fədakar idilər. Onların ölümü faciədir. Daha faciəvi olan budur ki, bu, yeganə insident deyil”, - Baydenin bəyanatında qeyd edilib.
ABŞ Prezidenti Qəzzada müharibənin son dövrlərdə baş verən ən çox yardım işçisinin öldürüldüyü ən pis münaqişələrdən biri olduğunu, bunun Qəzzada humanitar yardımın paylanılmasını çətinləşdirən əsas səbəb olduğunu qeyd edib.
"İsrail mülki şəxslərə son dərəcə ehtiyac duyulan yardımı çatdırmağa çalışan yardım işçilərini qorumaq üçün kifayət qədər iş görməyib”, - Baydenin bəyanatında qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya