
Professor: Biz də tibdə nəhayət ki, Qərb modelinə keçid etməliyik
08:30 03.04.2024
Sağlamlıq
658
Dünyanın heç bir yerində belə qanun yoxdur
“Həkim yanlış müalicə üsulu seçibsə, yanlış əməliyyat həyata keçirilibsə, pasiyentə təzminat ödənməli, həkim isə cəzalanmalıdır”
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov həkimlər, tibb işçiləri və pasiyentlərin hüquqlarının qorunması ilə bağlı qanun layihəsi hazırlandığını bildirib. Millət vəkili qeyd edib ki, parlamentin növbəti sessiyasında bu qanun layihəsi müzakirəyə çıxarılacaq.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bu fikirdədir ki, belə bir qanunun qəbuluna ehtiyac yoxdur. A.Qeybulla “Sherg.az”a açıqlamasında qeyd etdi ki, dünyanın heç bir yerində belə qanun yoxdur: “dünya praktikasında “Həkim etikası kodeksi” adlanan və qəbul olunmuş davranışlar toplusu var və həkimlərin də, pasiyentlərin də hüquqları orada təsbit edilib. Bundan əvvəl də “Pasiyentin hüquqları haqqında” qanun layihəsi müzakirə edilirdi. Hesab edirəm ki, bunların heç birinə ehtiyac yoxdur. “Həkim etikası kodeksi” qəbul olunarsa, yetərlidir”.
A.Qeybulla bildirdi ki, pasiyentin həkimdən narazı qalması halları təkcə bizim ölkədə deyil, dünyanın hər yerində, tibbin yüksək inkişaf etdiyi ölkələrdə də baş verir:

- Hüquq sistemi mükəmməl olduqda pasiyentin də hüquqları ədalətlə müdafiə olunur, həkimin də. Tibb müəssisəsində aparılan müayinələr, müalicələr, əməliyyatlar dəqiq şəkildə protokollaşdırılmalıdır. Hər hansı narazılıq, həkimin müalicəsi, apardığı əməliyyatla bağlı hər hansı şübhələr yarandıqda da bu, tərtib edilmiş protokola əsasən müəyyən edilir. Protokol yoxdursa, həkimi mühakimə etmək, doğrunu, yanlışı ayırd etmək çətindir və hətta mümkünsüzdür. Pasiyentin narazılığı da tərtib edilmiş rəsmi sənədlər əsasında müəyyənləşməlidir. Tibbi komissiya yoxlamalıdır bunları. Pasiyent müalicədən narazı qala bilər, amma yekun rəy tibbi komissiyaya məxsus olmalıdır. Biz də tibdə nəhayət ki, Qərb modelinə keçid etməliyik. Həkim yanlış müalicə üsulu seçibsə, yanlış əməliyyat həyata keçirilibsə, pasiyentə təzminat ödənməli, həkim isə cəzalanmalıdır. Məsələnin kökü tibbi protokolların düzgün tərtibatındadır. Əgər protokol düzgün tərtib edilmirsə, yanlışın kimə məxsus olduğunu müəyyənləşdirmək də mümkün olmur. Həkim pasiyenti, pasiyent həkimi günahlandırır. Zərərçəkənsə ümumilikdə səhiyyə olur. Hesab edirəm ki, biz həkimlərin ixtisaslaşmasına, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, pasiyentlərin icbari tibbi sığortadan maksimum istifadəsi üçün şəraitin getdikcə genişlənməsinə diqqət ayırmalıyıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya