Brüsseldə Paşinyan-Leyen-Blinken görüşü başladı

Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken arasında ilkin məlumatlara görə, təxminən bir saat davam edəcək üçtərəfli görüş keçirilir.
Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, hazırda tərəflər bəyanatlarla çıxış edirlər.
Daha sonra Ermənistan Respublikası ilə Aİ arasında “Eurojust” haqqında saziş imzalanacaq. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Belçikanın Şimal dənizi məsələləri üzrə ədliyyə naziri Pol Van Tihelt və Avropa İttifaqının ədliyyə üzrə komissarı Didye Reynders imzalayacaq.