İsrail Ordusu İordan çayının qərbində əməliyyat keçirir

İsrail Ordusu İordan çayının qərbində Nablus şəhərindəki Balata qaçqın düşərgəsində əməliyyat keçirir.

APA-nın xəbərinə görə, bu barədə “Al Jazeera“ telekanalı məlumat yayıb.

Əməliyyat zamanı yaralanan və xəsarət alanların olduğu bildirilir.

Əməliyyatla bağlı digər detallar açıqlanmayıb.