Qazaxıstanda eks-nazirə 24 il həbs verilib

Qazaxıstanın sabiq iqtisadiyyat naziri Kuandıq Bişimbayevə hökm oxunub.

APA xəbər verir ki, məhkəmə həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilərək onu 24 il müddətinə azadlıqdan məhrum edib. Digər qərarla, onun yaxın qohumu Bakıtjan Bayjanov cinayəti gizlətməkdə və xəbər verməməkdə ittiham olunaraq 4 il həbs cəzası alıb.

Xatırladaq ki, Kuandıq Bişimbayev 2023-cü il noyabrın 8-də axşam həyat yoldaşı Saltanat Nukenovanı Astana şəhərindəki “Bau” restoranında döyərək qətlə yetirməkdə təqsirləndirilirdi.