Ötən gecə Muşa yağan qar yüksək ərazilərdə nəqliyyatın hərəkətinin ləngiməsinə səbəb olub. 112-yə xəbər verildikdən sonra bölgəyə əyalət xüsusi idarəsi qrupları sövq edilib.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, Muşun 10 kəndi və 21 mezrasına gediş-gəlişi təmin edən Çavuştəpədə 2600 metr yüksəklikdəki Üçevlər qrup kənd yolunun müəyyən hissələri nəqliyyata bağlanarkən, yolda qalan avtomobillər qısa müddətdə xilas edilib. Kənddən Muşa yola düşən içərisində 6 nəfərin olduğu mikroavtobus qar və güclü çovğun səbəbindən yolda qalıb. 112 Təcili Zəng Mərkəzinə xəbər verildikdən sonra bölgəyə əyalət xüsusi idarəsi qrupları sövq edildi.
Qruplar qarın bağladığı yolu iş maşını ilə açaraq mikroavtobusun yoluna davam etməsinə icazə verib. Görülən işlərin nəticəsində yol qardan təmizlənərək nəqliyyatın istifadəsinə verilib.