Zurabişvili Zelenski ilə telefonla danışıb

Gürcüstan Prezidenti Salome Zurabişvili ukraynalı həmkarı Vladimir Zelenski ilə telefonla danışıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Zurabişvili "X" paylaşımında qeyd edib.
O, Zelenskiyə Gürcüstan xalqına sarsılmaz dəstəyinə və göstərdiyi həmrəyliyə görə təşəkkür etdiyini qeyd edib.