Slovakiya Baş nazirinə sui-qəsdə görə 71 yaşlı şəxs saxlanılıb - FOTO - VİDEO - YENİLƏNİB-1

Slovakiya Baş naziri Robert Fitsonu güllələyən şəxsin Slovakiyanın Leviçe şəhərinin 71 yaşlı sakini olduğu üzə çıxıb.
Bu barədə yerli media yazır. Hadisəni törədən şəxsin motivləri aydınlaşdırılır.

Slovakiyanın Daxili İşlər Nazirliyi respublikanın Baş naziri Fitsonun həyatına sui-qəsd cəhdinin edildiyini təsdiqləyib.

Yerli media Baş nazirin həyatına təhlükə olmadığını yazır. "Reuters" xəstəxana nümayəndəsinə istinadən xəbər verir ki, Slovakiyanın Baş naziri xəstəxanaya gələrkən huşunu itirib, ona tibbi yardım göstərilib, vəziyyəti stabilləşib.

***
Slovakiya Baş naziri Robert Fitso sui-qəsd nəticəsində döş qəfəsi və qarın nahiyəsindən üç güllə yarası alıb.
Bu barədə yerli media məlumat yayıb.

Baş nazirin vəziyyətinin ağır olduğu bildirilir.

***

Slovakiya hökumətinin səyyar iclasının keçirildiyi binanın qarşısında atışma olub.
Bu barədə Slovakiya mediası məlumat yayıb.

Hadisə Handlovej şəhərində baş verib.


Telegram Widget
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇸🇰⚡️Slovakiyada hökumət iclasının keçirildiyi binanın qarşısında atışma olub, Baş nazir yaralanıb
İlkin məlumatlara görə, Baş nazir Robert Fitso yaralanıb, o, xəstəxanaya aparılır.
Hadisəni törədən şəxs saxlanılıb.