MİT-in bazalarına hücum planlaşdıran iki PKK/KCK-lı İraqda zərərsizləşdirilib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) bazalarına hücum həyata keçirməyi planlaşdıran PKK/KCK-lı iki terrorist zərərsizləşdirilib.

APA TRT “Haber”ə istinadən xəbər verir ki, əməliyyat İraqın Hakurk bölgəsində həyata keçirilib.

Terroristlər Ahmət Bayar və Əhməd İbrahim Əl Əhmədi zərərsizləşdirilib.