Putinlə Szinpin arasında görüş başladı

Pekində Çin Xalq Respublikasının sədri Si Szinpin ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü olub.

Axar.az xəbər verir ki, Si Szinpin Vladimir Putini salamlayıb, növbəti dəfə Rusiya prezidenti seçilməsi münasibəti ilə onu təbrik edib.

Artıq liderlər arasında məhdud tərkibdə görüş başlayıb.

Qeyd edək ki, Rusiya Prezidentinin Çinə dövlət səfəri 2 gün davam edəcək.