KİV: Slovakiya Baş naziri yenidən əməliyyat olunacaq

Slovakiyanın Baş naziri Robert Fitsonun həyati təhlükəsi davam edir.
APA-nın “Pravda”ya istinadən xəbərinə görə, bu barədə yerli telekanallar məlumat yayıb.
Onun üzərində daha bir cərrahiyə əməliyatının aparılacağı gözlənilir. Hazırda hökumət başçısı reanimasiyadadır.
Xatırladaq ki, ötən gün baş vermiş sui-qəsd nəticəsində ayaqlarından, qarın boşluğundan və sinəsindən güllə yaraları alan Robert Fitso helikopterlə xəstəxanaya çatdırılıb.