Alen Simonyan: İbrahim Rəisinin Ermənistana səfəri planlaşdırılırdı

İranın helikopter qəzasında həlak olan Prezidenti İbrahim Rəisi yaxın vaxtlarda Ermənistana səfərə hazırlaşırdı.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, səfər 19 may tarixinə planlaşdırılsa da, sonradan təxirə salınıb.

Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib ki, qəzadan əvvəl onun səfərinə hazırlıq işləri aparılıb.