Simonyan Blinkenin köməkçisinin səfəri ərəfəsində Rusiyanın ünvanına sərt ittihamlar səsləndirib

ABŞ dövlət katibinin köməkçisinin İrəvana səfəri ərəfəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın ünvanına bir sıra ittihamlar səsləndirib.

APA Ermənistan mətbuatına istinadən xəbərinə görə, o, rəsmi Moskvanı ölkəsinə verdiyi vədləri yerinə yetirməməkdə günahlandırıb.

“Ermənistan son ana qədər uşaq saflığı ilə inanırdı ki, Rusiya onu və erməni xalqını yalqız qoymayacaq”, o qeyd edib.

Simonyan KTMT ilə bağlı məsələyə də münasibət bildirib: “Qoy KTMT son 2-3 ildə götürdüyü öhdəlikləri yerinə yetirsin, daha sonra isə maliyyə öhdəliklərimizdən danışsın. Bir müdrik deyim var: “Kimin inəyi səsini çıxarsa da, sənin inəyin sussun”.

Qeyd edək ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen 10-12 iyun tarixləri arasında Ermənistana səfər edəcək.