Belarusla sərhəddə bu qərarı təsdiqlədik - Tusk

Biz Belarusla sərhəddə xüsusi zona ilə bağlı qərarı təsdiqləmişik.

Axar.az xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk deyib.

O vurğulayıb ki, xüsusi zonanın uzunluğu onlarla kilometr, dərinliyi isə 200 metrdən 2 kilometrə qədər təşkil edəcək.

Qeyd edək ki, Belarus-Polşa sərhədində miqrant axını ilə bağlı vəziyyət gərginləşib.