Şunak Ukraynaya yeni yardımı elan edəcək

Böyük Britaniyanın Baş naziri Rişi Sunak İtaliyada keçiriləcək G7 sammitində Ukraynanın təcili ehtiyacları üçün 242 milyon funt-sterlinq (təxminən 310 milyon dollar) ayrılacağını elan edəcək.

Axar.az xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

“Sammitdə Baş nazir təcili humanitar, enerji və sabitləşmə ehtiyaclarını dəstəkləmək, habelə uzunmüddətli iqtisadi və sosial bərpa, eləcə də yenidənqurma üçün təməl qoymaq məqsədilə Ukraynaya 242 milyon funt-sterlinqə qədər maliyyə ayrılacağını elan edəcək”, - məlumatda qeyd olunur.