Xərçəngdən müalicə olunan şahzadə Keytin Atalar Günü paylaşması

Aylardır ilk dəfə ictimaiyyət qarşısına çıxan şahzadə Keyt əri Şahzadə Uilyamın Atalar Gününü xüsusi foto ilə qeyd edib.
Sherg.az xəbər verir ki, haqqında spekulyasiyalarla gündəmdə olan Uels şahzadəsi Keyt Midlton xərçəng müalicəsi aldığını  açıqlayıb. Kraliça Elizabetin ölümündən sonra taxta çıxan kral Çarlz da xərçənglə mübarizə aparır.
Şahzadə Keyt xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. O,  dünən İngiltərədə keçirilən ənənəvi paradda iştirak edib.

Bu gün Şahzadə həyat yoldaşı Şahzadə Uilyamla birlikdə Atalar Gününü qeyd edib. Sosial şəbəkədə paylaşılan kadrın Keyt Midlton tərəfindən çəkildiyi bildirilib.

Yazıda aşağıdakı sözlər yer alıb: "Biz səni sevirik, ata. Atalar gününüz mübarək! G, C, L."

Həvəskar fotoqraf olan Midleton belə xüsusi günlərdə tez-tez uşaqlarının və ya ailə üzvlərinin portretlərini çəkir.