ABŞ-da evsizlik böhranı: Son 20 ilin ən yüksək səviyyəsi

ABŞ-ın böyük şəhərlərində evsizlik böhranı böyüyür. Nyu Yorkdakı son evsizlik hesabatına görə, evsiz və küçələrdə yaşayan insanların sayı son 20 ilin ən yüksək səviyyəsinə çatıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, son məlumatlara görə, Nyu-York, Los-Anceles və Çikaqo kimi böyük şəhərlərdə yaşayan minlərlə insan mənzil problemi ilə üzləşib.

Nyu Yorkdakı son evsizlik hesabatına görə, evsiz və küçələrdə yaşayan insanların sayı son 20 ilin ən yüksək səviyyəsinə çatıb.

İqtisadi çətinliklər, işsizlik və sağlamlıq problemləri kimi amillər evsizlik nisbətini yüksək saxlayır.

Federal və yerli rəsmilər bu problemi həll etmək üçün təcili addımlar atır, qeyri-hökumət təşkilatları və könüllülər də dəstək vermək üçün səy göstərirlər.