Putin dörd nazir müavinini işdən çıxarıb, birini əmisi qızı ilə əvəz edib

Rusiya prezidenti Vladimir Putin müdafiə nazirinin dörd müavinini vəzifəsindən azad edib. Putin boş qalan vəzifədən birinə əmisi qızı Anna Tsivilevanı təyin edib. Tsivileva həm də “Vətən Müdafiəçiləri” dövlət fondunun rəhbəridir.

Sherg.az xəbər verir ki, “The Guardian” qəzetinin xəbərində bildirilib ki, Kremlin sərəncamlarına əsasən, Putin vakant nazir müavini vəzifəsinə əmisi qızı  Anna Tsivilevanı təyin edib.

Sərəncamlara əsasən işdən çıxarılanların Nikolay Pankov, Ruslan Tsalikov, Tatyana Şevtsova və Pavel Popov olduğu bildirilib.

Maliyyə nazirinin müavini Leonid Qornin müdafiə naziri Andrey Belousovun rəhbərliyi altında müdafiə nazirinin birinci müavini olacaq.

Keçmiş baş nazir Mixail Fradkovun oğlu Pavel Fradkov və Oleq Savelyev də müdafiə nazirinin müavinləri təyin edilib.

Keçən ay Putin Belousovu müdafiə naziri, Sergey Şoyqunu isə Rusiya Təhlükəsizlik Şurasına təyin edib.