İsrailin Rəfəha hava zərbəsi: 9 ölü

İsrail ordusuna məxsus döyüş təyyarələri Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücum edib. Hücumlarda 9 fələstinli həyatını itirib.
Sherg.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) hücumları dayandırmaq qərarına baxmayaraq, İsrail ordusu Rəfaha qarşı hücumlarını davam etdirir.

Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, Qəzzadakı Avropa xəstəxanasından bir səhiyyə rəsmisi, İsrailin hücumları nəticəsində həyatını itirən 9 fələstinlinin və bəziləri ağır olmaqla çox sayda yaralının  Xan Yunisdəki xəstəxanaya gətirildiyini bildirib.