Çinin Quandun və Futszyan əyalətlərində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub. 9 nəfər həyatını itirib, 17 nəfər isə itkin düşüb.
Sherg.az xəbər verir ki, hər iki ştatda küçə göllərə çevrilib, maşınlar sel sularına qərq olub.
Quanqdonqda 5 nəfər həyatını itirdiyi halda, 15 nəfərdən xəbər yoxdur. Əyalətin Meizhou şəhəri və Donqşi qəsəbələrində güclü yağış və daşqınlardan sonra iki körpü uçub.
Fujianda 4 nəfər həyatını itirib, 2 nəfər isə itkin düşüb. Futszyanın Vupinq qraflığında güclü yağışlar 378 evin uçmasına səbəb olub.