Aİ səfirləri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi barədə razılığa gəlib

Aİ ölkələri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi barədə razılığa gəlib.
APA xəbər verir ki, bu barədə Aİ Şurasına sədrlik edən Belçikanın Aİ-dəki Nümayəndəliyi məlumat yayıb.
"Avropa İttifaqının səfirləri Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq güclü və əhəmiyyətli 14-cü sanksiyalar paketi barədə razılığa gəliblər. Bu paket yeni məqsədyönlü tədbirlər təqdim edir və boşluqları aradan qaldırmaqla mövcud sanksiyaların təsirini maksimum dərəcədə artırır", - açıqlamada deyilir.