İraqın şimalında 5 terrorçu zərərsizləşdirilib

Türkiyə ordusu daha 5 terrorçunu zərərsizləşdirib.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Hakurk, Qəndil və Pəncə-Kilit əməliyyatı bölgələrində aşkarladıqları 5 PKK terrorçusunu zərərsizləşdirib”.
Açıqlamada “Terrorla mübarizəmizin effektiv və qətiyyətlə davam etdiyi” vurğulanıb.