Bundan sonra üçüncü dünya müharibəsi rəsmən elan olunacaq- Proqnoz

İyunun 19-da Rusiya və Şimali Koreya ölkə liderləri Vladimir Putin və Kim Çen Inın iştirakı ilə keçirilən Rusiya-Koreya danışıqlarının yekunlarına əsasən, hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. 
Yeni sənəd beynəlxalq hüququn bütün fundamental prinsiplərinə uyğun olacaq, heç bir qarşıdurma xarakteri daşımayacaq və heç bir ölkəyə qarşı yönəlməyəcək, əksinə, Şimal-Şərqi Asiya regionunda daha böyük sabitliyin təmin edilməsinə yönələcək.

V.Putin deyib ki, Şimali Koreya Rusiya ilə strateji əməkdaşlığı gücləndirmək niyyətindədir. 
Ukraynadakı müharibə nəticəsində Rusiyanın dünyadakı tərəfdaşlarının sayı azalıb. Bu gün Moskva ilə normal münasibətlərə malik cəmi bir neçə dövlət var. Onlardan biri də Şimali Koreyadır. Rusiya çalışır ki, Şimali Koreya, İran və Çinlə münasibətləri qorusun və inkişaf etdirsin. Bu, adı çəkilən dövlətlərin özlərinə də maraqlıdır. Çünki bilirlər ki, Rusiyadan sonra Qərbin növbəti dəfə onlar- xüsusilə Pxenyan və Pekin olacaq. Odur ki, onlar Rusiyanın arxasında dayanmağa çalışırlar. 
Bu baxımdan tərəflər arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş həm Rusiyanın, həm də Şimali Koreyanın maraqlarına uyğundur. Bu, Rusiyanın imkanlarının getdikcə tükəndiyini və müharibəni davam etdirməkdə israrlı olduğunu göstərir. 
Gələcəkdə Rusiya ilə Şimali Koreya arasında müxtəlif sahələrdə, o cümlədən hərbi, təhlükəsizlik sahəsində əməkdaşlığın daha da güclənməsi gözləniləndir. 
Ümumiyyətlə, bu gün dünyada sürətli şəkildə qütbləşmə prosesi gedir. Dünya dövlətləri öz tərəflərini seçirlər. Bu, o deməkdir ki, əksər aktorlar ehtimal olunan daha böyük fəlakət ssenarisindən xəbərdardırlar. Qütbləşmə prosesi başa çatandan sonra üçüncü dünya müharibəsi rəsmən elan olunacaq. 
Kənan Novruzov